Kəlbəcərdə yeni İNSİDENT: Ordumuz xəbərdarlıq etdi

Kəlbəcərlə sərhəddə yerləşən Ermənistanın Geqarkunik rayonunun Kut (Zərkənd) kəndi ərazisində baş verən insidenti Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Axar.az xəbər verir ki, Ermənistan MN “heyvanlarını otaran” Kut kənd sakininin sərhədə yaxınlaşdığını, bu zaman isə Azərbaycan Ordusunun xəbərdarlıq atəşi açdığını bildirib. Rəsmi açıqlamada heyvanların bəzilərinin Azərbaycan ərazilərinə daxil olduğu da etiraf edilib. Qeyd edilib ki, qalan heyvanlar geri aparılıb. Qeyd edək ki, bundan öncə 100 baş qoyunun Azərbaycan sərhədləri daxilinə keçdiyi, Azərbaycan ərazisinə girməyə çalışan erməni çobanın isə ərazidən qovulduğu bildirilmişdi. Xatırladaq ki, ermənilərin “çoban” və “qoyunotaran” adı ilə sərhədlərimizə sızması ehtimalı da böyükdür. Belə ki, ermənilər artıq dəfələrlə Azərbaycan sərhədlərinə keçərək, terrorçuluq ediblər. 27 mayda isə Azərbaycan Ordusunun təminat yoluna mina döşəyən 6 diversant-terrorçu yaxalanıb.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












