Keyfiyyətsiz benzinə görə avtomobillər alışır – VİDEO

Venesuelalı sürücülər son həftələrdə qəribə problemlə üzləşiblər.
Avtosfer.az-ın xəbərinə görə, avtomobillər hərəkətdə olarkən, bəzən də durduğu yerdə qəflətən alovlanır. Yanğınsöndürənlər gündə azı 5 avtomobil yanğını ilə bağlı çağırışa gedirlər.
Xose adlı taksi sürücüsü: “Yol gedərkən maşının arxa hissəsindən uğultu gəldi. Nə baş verdiyini öyrənmək üçün dayandım. Maşından çıxanda dəhşətli partlayış və yanğın baş verdi. Maşında olan arvadımı güclə çıxardım. Yeganə gəlir yerim olan maşın yandı. Arvadım və özüm də xəstəxanalıq olduq”.
İstehsalçı “Petroleos de Venezuela” problemin benzindən qaynaqlandığını inkar etsə də, ekspertlər başqa cür düşünür. Zavodun keçmiş əməkdaşları bildirirlər ki, aşqarlar çatışmadığı üçün benzində turşunun səviyyəsi həddən artıq çoxdur. Bu da bütün metal hissələrin korroziya və aşınmasına səbəb olur. Yanacaq nasosları sıradan çıxmaqla yanaşı yanğın riski də artır.
Tanınmış ustalardan biri həftə ərzində 25 avtomobilə yanacaq nasosu dəyişdiyini deyir. Usta deyir ki ən keyfiyyətsiz nasos belə 3 günə sıradan çıxmalı deyil. Başqa bir sürücü 3 həftədə 7 nasos dəyişdiyini bildirib.
Bu hadisələrdən sonra odsöndürən balon satışı artıb.
2020-ci ilədək Venesuelada benzin demək olar ki havayı olub. 2019-cu ildə 1 yumurtaya 90 Min litr benzin almaq olardı. Sürücülərə bir neçə yüz litr benzin kvota ilə pulsuz verilirdi. Qiymət 1 qəpikdən təxminən 10 dəfə aşağı rəqəmlə ifadə edilirdi.
2020-ci ildə iqtisadi böhran səbəbi ilə qiymət artırılaraq təxminən 1 dollar senti (1,7 qəpik) müəyyən edildikdə ölkədə çaxnaşma başladı. Bu qiymət venesuelalılar üçün çox yüksək idi.
Vüqar Yaşaroğlu
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












