Kiyev metrosu işini tamamilə dayandırdı

Kiyev şəhər metropoliteni işini tamamilə dayandırıb.
Avtosfer.az xəbər verir ki, bunu şəhərin meri Vitali Kliçko bildirib.
Eyni zamanda, o qeyd edib ki, hazırda metro stansiyaları bomba sığınacaqları kimi istifadə olunur.
“Bütün xətlərdə metronun hərəkəti müvəqqəti olaraq dayandırılıb. Yeraltı stansiyalar sığınacaq kimi işləyir”, - deyə Kliçko Telegram-kanalında yazıb.
Həmçinin, Xarkov metrosunun xətlərində qatarların hərəkəti dayandırılıb. Dnepropetrovsk metrosunun yarımstansiyalarında enerji təchizatı yoxdur, elektrik nəqliyyatının bütün texniki reyslərinin işi iflic olub.
Bu gün, dekabrın 16-da bütün Ukraynada hava xəbərdarlığı elan edilib. Partlayışlar Kiyev, Xarkov, Nikolayev, Dnepropetrovsk və Ternopıl vilayətlərində qeydə alınıb. Bir çox şəhərlər istiliksiz və işıqsız qalıb. Ukrayna rəsmiləri raket zərbələrində Rusiyanı günahlandırır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Publika.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











