Klinikanın zirzəmisində meyit aşkarlanması ilə bağlı rəsmi məlumat

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Sumqayıt şəhərində yerləşən “Hippokrat” klinikasının zirzəmisində naməlum kişi meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı Baş Prokurorluqdan Avtosfer.az-a bildirilib ki, noyabrın 1-də saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Hippokrat” klinikasının yaxınlığında naməlum kişi meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Naməlum meyitə baxış zamanı onun üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












