Köçəryanla bağlı SENSASİON QƏRAR verildi

Ermənistanda yenicə başa çatan parlament seçkilərinin ardınca daxili siyasi arenada gərginlik pik həddə çatıb. Ölkənin Baş Prokurorluğu keçmiş prezident və "Ermənistan" (Hayastan) blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinə başlanılması üçün hərəkətə keçib.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, Baş Prokurorluq Robert Köçəryana qarşı cinayət təqibinin başladılmasına və onun barəsində qətimkan tədbirinin seçilməsinə icazə verilməsi tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi vəsatət göndərib.
Məlumata görə, MSK-ya təqdim olunan müraciətdə təkcə eks-prezident deyil, həm də onun rəhbərlik etdiyi blokun deputatlığa namizədlər siyahısında yer alan Asatur Köçəryan və Ruslan Barseqyana qarşı da cinayət işinin açılması məsələsinə baxılır. Qeyd edək ki, parlament seçkilərində deputatlığa namizəd olan şəxslərin toxunulmazlıq statusu olduğu üçün prokurorluq qanunvericiliyə uyğun olaraq ilk növbədə MSK-nın razılığını almalıdır. Hüquq-mühafizə orqanları vəsatətin hansı konkret cinayət işi və ya ittihamlar əsasında qaldırıldığı barədə hələlik rəsmi təfərrüat açıqlamayıb.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrinin elan olunmasından dərhal sonra Robert Köçəryanın ölkəni tərk etmək cəhdinin qarşısı alınıb. O, paytaxt İrəvanın "Zvartnots" beynəlxalq hava limanında saxlanılıb və barəsində ölkədən çıxışa qadağa qoyulub. Müxalifət liderləri bu addımları hakimiyyətin seçki sonrakı siyasi təzyiqləri və intiqam kampaniyası kimi qiymətləndirirlər.
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










