Kölndə azərbaycanlı tələbələrlə görüş olub - FOTO

Almaniyanın Köln şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi və 28 May - Müstəqillik Günü münasibətilə azərbaycanlı tələbələrlə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev görüş iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından salamlayıb, xalqımızın dahi şəxsiyyətinin yüzilliyi və Müstəqillik Günü münasibətilə soydaşlarımızı təbrik edib.
Diaspor quruculuğunda və dünya azərbaycanlılarının bir araya gəlməsində və həmrəyliyində Heydər Əliyevin müstəsna roluna, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən strateji diaspor siyasətinə və fəaliyyətinə, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısına diqqəti cəlb edib. Komitənin diaspor fəaliyyətindəki prioritetləri, eləcə də birgə fəaliyyət mexanizmindəki məqsədləri nəzərə çatdırıb.
Tədbirdə Alman-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev, sədr müavini Altay Rüstəmli və Köln şəhərində fəaliyyət göstərən həkim Elvin Hüseynov çıxış ediblər. Onlar indiyədək görülmüş işlər barədə məlumat veriblər, tələbələr, elm adamları və həkimlərlə bağlı gələcək planlardan söhbət açıblar.
Görüş fikir mübadiləsinin aparılması və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
















