Komitə sədrindən su ilə bağlı təklif: “İçməli su ilə suvarma suyu fərqli qiymətdə olmalıdır”

“Azərbaycanda sudan istifadədə itki yüksək olaraq qalır. Suya qənaət və mövcud su ehtiyatlarından səmərəli istifadə zəruridir”.
Avtosfer.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
O qeyd edib ki, Səhiyyə Nazirliyindən alınan məlumata əsasən, 26 rayondan 402 su nümunəsi götürülüb.
Deputat bildirib ki, su probleminin həlli ilə bağlı ciddi islahatlar aparılmalıdır.
“Təklifimiz budur ki, əhaliyə içməli su bir qiymətə, suvarma üçün su isə başqa qiymətə satılsın. Bu da sudan istifadənin səmərəliliyinin artırılmasına şərait yaradacaq.
Hesab edirik ki, Gürcüstan və Türkiyə ilə Kürdən istifadəyə dair əməkdaşlıq edilməli və ortaq işlər görülməlidir”, - deyə Sadiq Qurbanov bildirib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












