Koreyadan "Santa Fe" gətirəcəm deyib qadının "Kia"sını aldı - Bakıda ŞOK dələduzluq
Xəbərlər
25 Dekabr 2022 09:22

Bakıda qadına qarşı dələduzluq edilib.
Paytaxt sakini olan K.A adlı qadın Cənubi Koreyadan 18 min manata “Hyundai Santa Fe” markalı avtomobil gətirtmək istəyib. İttihama əsasən, təqsirləndirilən şəxs A. Həsənov da ona kömək etməyi boynuna götürüb.
O, bunun əvəzində qadının “Kia Sportage” markalı avtomobilini “barter” edib. Ancaq sonda ortada nə “Kia” olub, nə də “Hyundai Santa Fe”. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Nəticədə A. Həsənov dələduzluqda təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Məsələyə, Binəqədi rayon Məhkəməsində baxılacaq. (lent.az)
Oxunub : 1634
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












