Koroğlu-Buzovna xəttindəki gedişhaqqı tələbi qanunsuzdur? - Sərnişinləri çaşdıran TARİF - FOTO

Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, "Ayşən-LTD" MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gedişhaqqı tarif şurasının müvafiq qərarına əsasən məsafəyə uyğun olaraq müəyyən edilib.
Bildirilib ki, bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) -"Koroğlu" NMM və əks istiqamətdə gedişhaqqı 0.60 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)- Sabunçu qəsəbəsi 0.50 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)-Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0.40 azndir. Daşıyıcı da bu qərara əsasən avtobusun solununda müvafiq məlumatları yerləşdirib.
Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gedişhaqqının ödənişi hələki nağd formada həyata keçirilir. (trend)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













