Koronavirusun daha bir fəsadı üzə çıxdı

Amerikalı həkimlər COVID-19 infeksiyasının bəzi hallarda xəstə sağaldıqdan sonra belə ən azı üç ay ərzində qaraciyər toxumalarına zərər verməsinə dair ilkin sübutlar aşkar ediblər.
Bu barədə cümə axşamı Şimali Amerika Radiologiya Cəmiyyətinin (RSNA) mətbuat xidməti məlumat yayıb.
Həkimlər Massaçusets Ümumi Xəstəxanasının 130 daimi xəstəsinin sağlamlığının monitorinqi zamanı əldə edilmiş qaraciyərin ultrasəs görüntülərinin müqayisəsi zamanı fibroz və koronavirus infeksiyasının inkişafı arasında əlaqəni aşkar ediblər.
Bildirilib ki, koronavirus qaraciyər fibrozunun inkişafına səbəb ola bilər. COVID-19 bu orqanın toxumalarına geniş miqyaslı ziyan vura və bu orqanın daxilindəki birləşdirici toxumada çapıqların yaranmasına yol aça bilər. Məhz bu amil qaraciyərin fəaliyyətini poza və zaman keçdikcə qaraciyər çatışmazlığına səbəb ola bilər.
Alimlərin sözlərinə görə, koronavirus təkcə ağciyərlərə və qaraciyərə təsir etmir, eyni zamanda beyin, burunun selikli qişası, yemək borusu, qan damarları və ürək də daxil olmaqla digər bədən toxumalarının bəzi hüceyrələrini də zədələyir.
Amerikalı həkimlərin son müşahidələri göstərir ki, bu fəsadların çoxu xəstələr sağaldıqdan sonra ən azı bir neçə ay davam edir. (oxu.az)
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR











