Körpələr evində KORRUPSİYA : 11 min manat...

Mingəçevir şəhər 10 saylı “Qərənfil” körpələr evi və uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumaat görə, araşdırma zamanı qeyd edilən müəssisənin sabiq direktoru Natəvan Cəfərovanın qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illərdə rəsmi sənəd hesab olunan işə davamiyyət cədvəlinə bilə-bilə yalan məlumatlar daxil etməklə əmək haqqı ödənilməsinə şərait yaratması və nəticədə 11 min manatdan artıq dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












