Krım körpüsündə insident - Hərəkət dayandırılıb, ölənlər var - FOTO

Krım körpüsündə "fövqəladə vəziyyət" səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Krıma təyin edilən "qubernator" Sergey Aksenov bildirib.
O qeyd edib ki, fövqəladə vəziyyət Krım yarımadasını Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən körpünün 145-ci sütununda baş verib. Aksenov fövqəladə vəziyyətin nə olduğunu açıqlamayıb və daha ətraflı məlumat verməyib.
"RBC-Ukrayna" xəbər agentliyi körpüdə partlayış səslərinin eşidildiyini yazıb. "Vaqner" muzdlu qruplaşmasına bağlı "Boz Zona" teleqram kanalı səhər saat 03:04-də və 03:20-də körpüyə iki zərbə dəydiyini iddia edib.
Həm Aksenov, həm də Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratev körpüdəki fövqəladə vəziyyətin aradan qaldırılması üçün öz bölgələrində operativ qərargah yaratdıqlarını bildiriblər. Yerli qurumlar sakinləri körpüdən keçməməyə çağırıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, insident nəticəsində Belqorod vilayətindən olan ər-arvad ölüb, onların qızı orta-ağır bədən xəsarətləri alıb.
Rusiya hakimiyyinə yaxın "Baza" teleqram kanalı hadisə yerindən fotolar paylaşıb.
Modern.az

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












