Küçədə cərimə yazılan şəxsi ələ saldı, həbs edildi

Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zarafatlar edən şəxs həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Nizami rayonunda Q.Qarayev prospektində baş verib. Kafedə dostu ilə yeyib-içən İsmayıllı sakini Elnur Fərəcov (şərti) oradan çıxdıqdan sonra bir maşının yol polisi tərəfindən saxlanıldığını və sürücüyə protokol yazıldığını görüb.
İttihama əsasən, bu zaman o, sürücüyə yaxınlaşıb onunla söhbət edib, zarafatlaşaraq ələ salmağa başlayıb. E.Fərəcovun aidiyyəti olmadığı halda onlara yaxınlaşaraq maneə törətməsinə görə polis əməkdaşı ona irad tutub. Polisin xidməti fəaliyyətini pozduğunu bildirib. Bu zaman Elnur polis əməkdaşı ilə mübahisə edərək əl-qol atıb.
Bu hərəkətlərindən dolayı E.Fərəcov Nizami rayon 25-ci polis şöbəsinə aparılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO












