Küçədə qaçan ayı sakinləri qorxutdu: “Onu dayandırmağın başqa yolu olmadı” - VİDEO

Rusiyanın Tomsk şəhərində mərkəzi küçədə böyük ayı görüntülənib.
Yol və səkilərdə qaçan ayı sürücülər tərəfindən lentə alınıb. Videogörüntülərdə onun gölməçədə üzdüyü də əks olunub.
Ayı əraziyə çağırılan mütəxəssislər tərəfindən zərərsizləşdirilib.
Tomsk merinin təhlükəsizlik üzrə müavininin sözlərinə görə, ayılar yaşayış qəsəbənin ərazisinə nadir hallarda girir.
“Bu gün şəhərin küçələrində vəhşi heyvanın peyda olması ilə əlaqədar fövqəladə xidmətlər operativ fəaliyyət göstərdi. Ayı insanlar üçün təhlükəli olduğuna tezliklə zərərsizləşdirildi. Şəhərdə belə vəziyyət nadir hallarda olur. Buna baxmayaraq, Tomskda əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib”, - deyə o qeyd edib.
Rayon Ovçuluq Departamentinin rəisi də öz növbəsində vurğulayıb ki, heyvan aqressivləşdiyi üçün zərərsizləşdirilib.
“Ayı artıq aqressiya nümayiş etdirirdi. Böyük heyvandır, insandan boyca daha uzundur və stress içindədir. Bu, iki yaşlı yetkin heyvandır. Buna görə də mütəxəssislər heç bir trankvilizatorun kömək etməyəcəyini dedilər, çünki həddindən artıq adrenalin var idi. Bu səbəbdən də onu dayandırmağın başqa yolu olmadı”, - deyə o əlavə edib.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












