Lənkəran məktəbliləri ilə maarifləndirici görüş keçirilib - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 7 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən Lənkəran ŞPRŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu bildirib. Davamlı şəkildə həyata keçirilən tədbirlər və əldə olunan effektiv nəticələr diqqətə çatdırılıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb. Sonda isə narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirlər barədə videoçarx izlənilib.
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












