Lənkəranda avtomobillərin şüşəsini sındıraraq oğurluq edən saxlanılıb - FOTO

Lənkəranda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində gecə saatlarında “BMW” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə 300 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bədəlzadə müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onun oğurluq məqsədilə ümumilikdə 7 avtomobilə şüşəsini qırmaq yolu ilə daxil olduğu müəyyən edilib.
Bundan başqa C.Bədəlzadənin rayon ərazisindəki bir mağaza və bir emalatxanadan ümumilikdə 4481 manat dəyərində mobil telefon, məişət əşyaları, təmir-tikinti alətləri və nağd pul oğurladığı müəyyən edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Foto
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO













