Lənkəranda stomatoloq sükan arxasında bıçaqlanıb, qəza olub

Lənkəranda diş həkiminin bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Stomatoloqu əməliyyat edən həkim Rəşad Fərzullayev apa-ya bildirib ki, xəstə Cəlal Azadov ağır vəziyyətdə xəstəxanaya qəbul olunub və əməliyyata götürülüb. C.Azadov 20-yə yaxın kəsilmiş-deşilmiş xəsarət alıb. Onun vəziyyəti orta ağırdır.
Yaxınlarının sözlərinə görə, hadisəni törədən Nihad Malızadə Cəlal Azadovla qonşu olub. Onun atası diş həkiminin qardaşının çayxanasında xidmətçi işləyib və nöqsanlara görə işdən çıxarılıb. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və onu çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə onu evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlal Azadova bıçaq zərbələri endirib. Sükan arxasında olan sürücü Cəlal Azadov idarəetməni itirib. Avtomobil qarşıdan gələn digər maşına çırpılıb. Cəlalın vurulduğunu görən qardaşı onu təcili xəstəxanaya çatdırıb.
***
10.10
Lənkəranda bıçaqlanma hadisəsi olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Lənkəran şəhər sakini Nihad Malızadə aralarında yaranmış şəxsi münasibətlər zəminində Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Azadova bıçaqla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Yaralı dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb və təcili əməliyyata götürülüb.
DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktı törətməkdə şübhəli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran ŞRPŞ -də cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, bıçaqlanan 38 yaşlı Cəlal Azadov Lənkəranın Göyşaban kəndində fəaliyyət göstərən tanınmış diş həkimidir.
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO












