Lənkəranda yaşayış evi və sexdən 8 min manatlıq oğurluq edilib

Lənkəranda yaşayış evi və sexdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini T.Pronkinaya məxsus yaşayış evindən ümumi dəyəri 7 437 manat olan məişət əşyalarının oğurlandığı barədə polisə müraciət daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla həmin şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov olduğu müəyyən edilib və oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə V.Rəcəbovun Lənkəran şəhəri ərazisindəki bir sexə gecə saatlarında qanunsuz olaraq daxil olmaqla oradan 320 manat dəyərində elektrik naqilləri və su borularını oğurladığı müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












