Lerikdə ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb - FOTO

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lerik RPŞ-də zəruri istintaq tədbirləri həyata keçirilir.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












