Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.
COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyini bildirib.
Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin eyni zamanda sosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.
Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədən humanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatə etməsinin vacibliyi vurğulanıb.
Prezident Ramçandra Paudel Azərbaycan və Nepal arasında əlaqələri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












