Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub.
Avtosfer.az xəbər verir ki, universitetin prorektoru Gao Qanq və burada Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüş zamanı Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsində gənclərin, o cümlədən iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrin rolu qeyd edilib.
Bu baxımdan Azərbaycan mədəniyyətini öyrənib tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetindəki Azərbaycan dili kafedrasının fəaliyyətinin, universitetdə Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxildir.
Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında 10 ilə yaxın davam edən əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyi, Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) distant Çin dili kurslarının təşkil olunduğu diqqətə çatdırılıb.
Görüş zamanı Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.
Daha sonra universitetin Azərbaycan dili kafedrası ilə tanışlıq olub. Leyla Əliyeva kafedranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Heydər Əliyev Fondunun müxtəlif sahələr, o cümlədən Azərbaycan mədəniyyətinin tanıdılması üzrə nəşrlərinin Çin dilində çap olunmasının vacibliyi qeyd edilib.


















Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












