Livan ərazisində elektrik enerjisi kəsildi: Hava limanı işıqsız qaldı

Bütün Livanda on saat ərzində elektrik enerjisi kəsintisi yaşanıb.
İki istilik elektrik stansiyası (İES) borcun ödənilməməsi səbəbindən enerji təchizatını dayandırıb.
Ölkənin şimalında Deyr-Ammar və cənubunda Əl-Zəhrani şəhərlərində elektrik enerjisi kəsilib. Ötən gün elektrik stansiyasının operatoru xarici valyutada olan borcların ödənilməməsi səbəbindən elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib. Borc isə 83 milyon dollar təşkil edir. Livanın “Electricit du Liban” dövlət şirkəti bu məbləğdən “Primesouth” istilik elektrik stansiyasının operatoruna cəmi iki milyon dollar ödəyib.
Dövlət qurumları, Beyrut Beynəlxalq Hava Limanı elektriksiz qalıb. O, müvəqqəti olaraq generatorlarla işləyir. Livanın bölgələrinə içməli su vuran stansiyanın işi də dayanıb. İki istilik elektrik stansiyası Livanı təmin edən yeganə elektrik mənbəyidir ki, onlar 550 MVt enerji istehsal edirlər.
Qeyd edək ki, bu, Livanın tamamilə işıqsız qaldığı ilk hal deyil. 2022-ci ildə də belə bir hal baş verib. O zaman Beyrut yaxınlığındakı Aramun kəndində elektrik stansiyası ilə bağlı münaqişə səbəbindən elektrik enerjisinin verilişi dayandırılmışdı. Yerli sakinlər elektrik enerjisinin müntəzəm kəsilməsinə etiraz olaraq stansiyaya basqın etmişdilər.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












