Lotereyada milyonlar qazanan şəxs müflis oldu

Britaniya sakini Con Makqinnes lotereyada sərvət qazanaraq 26 ildən sonra kasıb olub.
O, 1997-ci ildə 10 milyon funt-sterlinq mükafat udub. Həmin vaxt o, valideynləri ilə yaşayır və xəstəxanada işləyərək həftədə 150 funt-sterlinq alırdı.
Pul mükafatı udan kişi uduşunun üçdə birindən çoxunu qohumlarına verib.
Mayorka adasında ev, həmçinin “Bentley”, “Mercedes”, “Jaguar” və “BMW” də daxil olmaqla altı avtomobil alıb.
Bir müddət sonra Makqinnes Şotlandiyanın Bosvell şəhərində 1,3 milyon funt sterlinq dəyərində malikanə alıb.
Həmçinin, britaniyalı Şotlandiyanın “Livingston” futbol klubuna dörd milyon funt-sterlinq sərmayə qoyub. O, klubun uğuruna inansa da, sonda bütün pulunu itirib.
İndi Con gündəlik ərzaq pulunu necə ödəyəcəyindən narahatdır.
oxu.az
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












