"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı

"Lotu Quli" ləqəbli kriminal aləmin üzvü Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 18 ildən 17 il 6 aya endirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, "Yeraz Camal" ləqəbli Camal Həsənov Rövşən Caniyevin (Lənkəranski) qardaşı Namiq Caniyev və kriminal aləmin üzvü Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) ilə birlikdə 2017-ci ildə İstanbulda "Lotu Quli"yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıblar.
Rusiya mətbuatında gedən məlumatlara görə, "Lotu Quli"nin öldürülən adamı Cabir Həsənov Rövşən Caniyevin qətlində iştirak edib. Bu səbəbdən də C.Həsənov qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Camal Həsənov 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.
Təqsirləndirilən Camal Həsənov Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham edilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












