Lukaşenko: Rusiya dağılsa, dağıntılar altında qalacağıq

"Rusiya dağılsa, dağıntılar altında qalacağıq, hamımız öləcəyik".
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Ən pisi odur ki, qarışıqlıq olsaydı, Qərb dərhal bundan istifadə edərdi. Yeni qlobal münaqişə təhlükəsi heç vaxt indiki qədər yaxın olmayıb. Yenə də ölkəmizi, bütün regionumuzu partlatmağa, insanları çaşdırmağa, vəziyyəti hər vasitə ilə sarsıtmağa və bu hay-küy altında öz qaydalarını tətbiq etməyə, öz nizamlarını qurmağa çalışırlar. O nizam-intizam ki, orada artıq nə bizim ölkələrimiz, nə də xalqlarımız olacaq. Bizi kollektiv Qərbin real planları və niyyətləri barədə çaşdırmağa çalışırlar. Təəssüflər olsun ki, bizim vəziyyəti dinc danışıqlar yolu ilə həll etmək cəhdlərimizə indi orada "diplomatik imitasiya” deyirlər. Bu "imitasiya”nın qiyməti yüzlərlə minlərlə insanın həyatına başa gəlir. Bu gün biz NATO-nun yeni genişlənməsi dalğasını və alyans üzvlərinin regionda, o cümlədən sərhədlərimizin bilavasitə yaxınlığında potensialının görünməmiş şəkildə artırılmasını açıq şəkildə görürük", deyə Belarus prezidenti vurğulayıb. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












