Mal-qara oğurlayan dəstə üzvləri ələ keçdi - FOTO

Mal-qara oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Veyisli kəndi ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Goranboy rayon Veysli kəndində yaşayan Baloğlan Zeynallı tanışları Səxavət İbrahimov, Elvin Şirinov və Cavid Hüseynov ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında müxtəlif vaxtlarda vətəndaşlara məxsus ümumi dəyəri 4000 manatdan çox olan 24 baş xırda buynuzlu mal-qaranı oğurlayıb.
Bundan başqa B. Zeynallı və S. İbarhimovun həmkəndlilərinə məxsus dəyəri 1000 manat olan iri buynuzlu mal-qaranı da oğurlaması məlum olub. Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onların Tərtər rayon sakinləri Samid Vəliyev və Vəhruz Alıyev ilə razılaşıb oğurladıqları mal-qaranı sonunculara satması da məlum olub.
Bundan başqa şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 300 manat dəyərində 30 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən Rövşən Qasımov, 680 manat dəyərində plastic su borusunu oğurlamaqda şübhəli bilinən İsmət Məmmədov və vətəndaşın evindən 170 manat nağd pulu oğurlamaqda şübhəli bilinən Mehdi Sərdarov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










