Mandarinin içərisində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Mandarinin içərisində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.
Qeyd olunub ki, Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 120.2.11; 181.3.3; 221.3; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Mirheydər oğlu Cavadova gətirilmiş sovqata baxış keçirilən zaman orada olan mandarinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,772 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,791 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 2,138 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,04 qram olan metadon həbi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












