Marketdən yarım milyonluq mənimsəməyə görə kassir qadın həbs edildi - VİDEO

Şəmkir rayonunda “Zirvə” marketdə yarım milyon manatdan çox pulun mənimsənilməsinə görə şübhəli bilinən kassir Laura Əliyeva həbs edilib.
Hələ 2021-ci ilin sentyabrından “Qafqazinfo”ya şikayət edib mənimsəmə ilə bağlı hüquq-mühafizə orqanlarına təqdim etdiyi faktların araşdırılmadığını deyən market sahibi Ramin Əliyev bildirib ki, artıq kassir saxlanılıb.
Saytımıza növbəti dəfə müraciət edən Ramin Əliyevin sözlərinə görə, audit yoxlaması nəticəsində 539 min 222 manat pulun mənimsənilməsi faktı ilə bağlı bu ilin aprel ayında cinayət işi başlanılıb: “Sizin redaksiya vasitəsilə etdiyim müraciətdən sonra Baş Prokuror Kamran Əliyev məni qəbul etdi. Dekabrın 16-da istintaqın təqdimatı ilə Laura Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi. Məsələnin ictimailəşməsində göstərdiyiniz diqqətə görə redaksiyaya, ədalətli araşdırmaya görə Şəmkir Rayon Prokurorluğuna, işi aparan müstəntiqə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, R.Əliyev daha öncəki müraciətində pulların mənimsənilməsinin qeydə alındığını bildirdiyi videogörüntüləri təqdim edərək işin Baş Prokurorluq tərəfindən nəzarətə götürülməsini xahiş etmişdi. İşlə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tədqiqat apararaq mağazadan 451 000 manat mənimsəmə olmasına dair iki dəfə rəy verib
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı








