Marsda ilk dəfə üzvi birləşmələrin izləri aşkar olundu

NASA-nın “Perseverance” roveri ilk dəfə Mars kraterində üzvi birləşmələrin izlərini aşkar edib.
Bu barədə Britaniyanın “Nature” elmi jurnalında məqalə dərc olunub.
Tədqiqatda dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi bildirilib. Məlumata görə, cihaz “kraterin dibindəki süxurlarda bir və ya iki karbon halqası olan müxtəlif üzvi molekullara uyğun gələn izlər tapıb”.
Eyni zamanda, tədqiqat müəllifləri hansı növ üzvi maddələrin tapıldığını müəyyən edə bilməyiblər.
Elm adamları bu qənaətə 45 kilometrdən çox eni olan Ezero kraterində rover tərəfindən çəkilmiş yüksək ayırdedici şəkilləri təhlil edərək gəliblər.
Bildirilir ki, tapılan üzvi molekulların təbiətində və paylanmasındakı fərqlər bir vaxtlar Marsda su mühitinin dəyişməsi ilə bağlı müxtəlif proseslərin baş verdiyini göstərir. Tapılan maddələrin üzvi mənşəyinin təsdiqi üçün nümunələrin Yerə çatdırılması tələb olunur. Onlar 2026-ci ildən sonra başlaya biləcək Marsa Qayıdış missiyası tərəfindən çatdırılmalıdır.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












