Masallıda 22 il əvvəl törədilən quldurluğun üstü açılıb

Masallıda 22 il əvvəl törədilən quldurluğun üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib ki, 2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk ediblər.
Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb.
Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib.
Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulub, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub.
Tutulan C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










