Masallıda gənc faciəli şəkildə öldü: Babası ilə istirahətə gedibmiş - TƏFƏRRÜAT

Masallıda doqquzuncu sinif şagirdi çayda boğularaq ölüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində baş verib.
Masallı rayonunun Təzə Alvadı kənd sakini 15 yaşlı Nurlan Maarif oğlu Novruzov babası ilə istirahət mərkəzlərinin birinə gediblər. Yeniyetmə ərazidən keçən Viləş çayında çimərkən baş nahiyəsi daşa dəyərək xəsarət alıb. Xəsarət alan Nurlan Novruzov suda boğularaq ölüb. Ətrafda olanların köməyi ilə onun cansız bədəni sudan çıxarılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, evin kiçik oğlu olan Nurlan 9-cu sinif şagirdi olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
apa
09:56
Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.
“Report”un xəbərinə görə, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su hövzəsində çimərkən boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












