Masallıda “Narkomaniyaya və erkən nikaha yox deyək!” adlı tədbir keçirildi - FOTO

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Təzə Alvadı kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” devizi ilə maarifləndirici tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov narkomaniya əleyhinə keçirilən tədbirlər, narkomaniyanın fəsadları, ondan qorunmağın yolları barədə məlumat verib. Narkotikin insana mənəvi, fiziki və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, yeniyetmə və gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb. Mövzular ətrafında edilən çıxışlarda bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd olunub, məktəblilərə layiqli vətəndaş olmaları, daim xalqın inkişafı üçün yüksək amallar naminə fəaliyyət göstərmələri, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunub.
Sonda məktəblilərlə müzakirə edilən mövzulara dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR












