Masallıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Masallıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı rayonunun Mahmudavar kənd sakini olan bir qadın 700 manat pulunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat verib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayonun Əhmədli kənd sakini Rüfət Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, həmin şəxs şəhər ərazisində alış-veriş edən qadının əlindəki torbada pul olduğunu görüb və onu yaşadığı ünvana qədər izləyib. Həmin qadın yaşadığı evə daxil olmaq istəyərkən R.Əliyev həmin pulu soyğunçuluq yolu ilə ələ keçirərək oradan uzaqlaşıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












