Maşını onun evinin qarşısında saxladığına görə qonşusunu döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Samir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mirzə İbrahimov küçəsində qeydə alınıb.
Belə ki, Samir Quliyev qonşusu, zərərçəkmiş Rafiq Mehdiyevə (şərti) avtomobilini onun evinin qarşısında saxlamamasını deyib. Zərərçəkmiş də ona irad bildirib. Bu səbəbindən onların arasında mübahisə yaranıb. Daha sonra mübahisə dava-dalaşa çevrilib. Həmin vaxt təqsirləndirilən şəxs yumruq və taxta parçası ilə qəsdən Rafiq Mehdiyevin başına, sifətinə və bədən nahiyəsinə vurub. Nəticədə Samir ona yüngül dərəcəli bədən xəsarətləri yetirib.
pravda.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












