Maşının yük yerindən 7 kiloqram narkotik tapıldı - FOTO

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev “VAZ 2106” markalı avtomobildə saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı F.Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə F.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq hərəkətləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













