MDB Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışı başlanıb - FOTO

İyunun 5-də Gəncə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışı başlanıb.
Avtosfer.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız, Rusiya və Özbəkistan gömrük xidmətlərinin kinoloji bölmələri iştirak edir.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müsabiqəni gömrük orqanları kinoloqları üçün əlamətdar hadisə adlandırıb və bu kimi yarışların partlayıcı, narkotik vasitə, silah, qadağan olunan malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması və qaçaqmalçılıqla mübarizədə önəmindən bəhs edib.
Qazaxıstan, Qırğız, Özbəkistan gömrük xidmətlərinin rəhbərləri çıxış edərək yarışın qarşılıqlı təcrübə mübadiləsi, bacarıqların daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb, ənənəvi müsabiqənin bu dəfə də ədalətli şəkildə keçiriləcəyinə, dostluğun daha da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, yarış 5 axtarış mərhələsindən - narkotik vasitələrin əl yüklərində, minik avtomobillərində, yük avtomobillərində, ümumi otaq şəraitində axtarışı və ümumi itaətetmə mərhələsindən ibarətdir.
İyunun 8-dək davam edəcək yarış çərçivəsində, həmçinin kinoloji məsələlər üzrə İşçi Qrupunun 27-ci iclası və “Hava limanının keçid məntəqələrində xidməti itlərdən istifadənin xüsusiyyətləri” mövzusunda seminar keçiriləcək.





Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı











