“Məbləğin bu həddə çatdırılması kimlərinsə marağındadır" - Ekspertdən "BakıKart" açıqlaması

Son günlərdə ictimai nəqliyyatda vəziyyətin çətinləşməsi, dünyada və ölkədə davam edən bahalaşma dalğasının özəl daşıyıcı şirkətləri çətin durumda salması barədə məlumatlar yayılır.
Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar.
Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş ediblər.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı dedi ki, bu ödəniş xidmət haqqı olaraq tətbiq olunur, amma bu çox böyük bir məbləğdir.
“Təsəvvür edin ki, gündəlik avtobus sayını hesablasaq, sərnişindaşımadan təxmini 1 000 000 manat vəsait yığılır. Bu məbləğin 5%-i 50 000 manat pul edir. Gündəlik 50 000 manatın bir şirkətə xidmət haqqı olaraq köçürülməsi fantastik bir şeydir”.
Həmçinin ekspert qeyd etdi ki, bu işdə fərqli şəxslərin marağı var:
“Məbləğin bu həddə çatdırılması kimlərinsə marağındadır. Buna görə də düşünürəm ki, bu məsələdə daşıyıcı şirkətlər tamamilə haqlıdır. Vergi, sosial xərclər çıxdıqdan sonra qalan məbləğdən xidmət haqqı olaraq 1% götürülməlidir. Daşıyıcı şirkət burdan vergi, sosial, tibbi siğorta ödənişləri edir. Bu məsələlər həll olunmadan yığılan pulun 5%-i götürüb cibə qoymaq düzgün yanaşma deyil”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












