Mehdiabad-Digah-Məhəmmədi yolunda avtobus dayanacaqları yox dərəcəsindədir - FOTO

Abşeron rayonunun Mehdiabad qəsəbəsindən başlayaraq Digah yolu adlanan ərazidən Məhəmmədi kəndinə qədər yolboyu avtobus dayanacaqlarının yoxluğu sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, oxu.az-a ünvanlanan müraciətdə qeyd edilib ki, yolayrıcından başlayaraq bu marşrut boyu dayanacaq infrastrukturu mövcud deyil.

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yalnız bəzi məntəqələrə alüminium dirək quraşdırılıb və üzərinə avtobus dayanacağının olmasını bildirən nişan vurulub. Sakinlərin sözlərinə görə, AYNA-nın dayanacaq anlayışı bundan o tərəfə keçmir - nə kölgəlik, nə yağışdan qoruyan dam örtüyü, nə də oturacaq mövcuddur. Dayanacaq kimi seçilən ərazilərin məişət tullantıları ilə çirklənmiş vəziyyətdə olması da ayrı dərddir.

Digər bir problem isə dayanacaqlar üçün xüsusi "cib"lərin olmamasıdır. Belə ki, yol kənarında avtobusların saxlaması üçün nəzərdə tutulan genişlənmiş sahələr yoxdur. Nəticədə sürücülər məcbur olub avtobusu yolun ortasında saxlayırlar və bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur", - deyə müraciətdə bildirilib.

Şikayətdə o da vurğulanıb ki, mövcud problemlə bağlı həm AYNA-ya, həm Abşeron Rayon İcra Hakimiyyətinin yerli nümayəndəliklərinə, həm də bələdiyyələrə dəfələrlə şifahi müraciətlər edilsə də, indiyədək heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılıb.
"Məlumat üçün bildiririk ki, həmin ərazidə avtobus dayanacaqları üçün lövhələr mövcuddur. Lakin yolun ensizliyi səbəbindən pavilyonların quraşdırılması nəqliyyatın hərəkətinə maneə törədə bilər. Bununla belə, vətəndaşların rahatlığı nəzərə alınaraq, alternativ həll yolları müvafiq qurumlarla birlikdə araşdırılır. Həmçinin qeyd edirik ki, ərazidə tullantıların yığılması ilə bağlı məsələ nəzarətə götürülüb, mütəmadi təmizlik işlərinin aparılması üçün qəsəbə və kənd icra nümayəndəliklərinə, eləcə də bələdiyyələrə müvafiq tapşırıqlar verilib", - deyə məlumatda qeyd olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, müntəzəm marşrutlarda sərnişinlərin nəqliyyat vasitələrinə minib-düşməsi yalnız müvafiq dayanacaq məntəqələrində həyata keçirilməlidir.
"Tərəfimizdən daşıyıcıya sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb", - deyə T.Orucov bildirib.
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










