Məhkəmə 72 min manatlıq borc məsələsinə görə "Azəriqaz"ı cəzalandırdı

Məhkəmə "Azəriqaz" İB-nin "Olympic Residence" (Atletlər kəndi) üzərinə qoyduğu 72 min manatlıq borcun silinməsi ilə bağlı qərar verib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Nizami rayonunda yerləşən "Olympic Residence" yaşayış kompleksinin qazla təchiz edilməsi üçün 2018-ci il tarixində qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanıb. Müqavilə çərçivəsində göstərilən layihəyə qaz təchiz edilir. Buna baxmayaraq, iddiaçı ilə cavabdeh arasında göstərilən layihə üzrə 2013-cü ilin oktyabr ayından etibarən hesablaşmalar aparılır. İddiaçı qeyd edib ki, 2018-ci ilin dekabr ayında hər hansı əsas göstərmədən iddiaçıya 72 418 manat məbləğində əsassız borc hesablanıb. İddia ərizəsinə qoşma olaraq təqdim edilmiş abonentin saldosu sənədinə baxdıqda görünür ki, cavabdeh tərəfindən müvafiq sərfiyyatlara uyğun hesablanmış bütün məbləğlər abonent tərəfindən ödənilib.
Əsassız tətbiq edilmiş 72 418 manat məbləğ isə ödənilmədən hər dəfə növbəti dövrə ötürülüb. Hesablanmış bu əsassız borcun silinməsi üçün iddiaçı tərəfindən cavabdehə 2020-ci ildə məktubla "Azəriqaz" İB Bakı Regional Qazın Satış Departamentinə müraciət edilsə də, lakin cavabdeh tərəfindən məktuba heç bir reaksiya göstərilməmiş və cavablandırılmayıb.
Bakı Kommersiya Məhkəməsinin qərarı ilə "Azəriqaz" İB üzərinə manat borcun silinməsi öhdəliyi həvalə edilib.
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var












