Məhkəmə Rəşad Dağlı ilə bağlı QƏRAR VERDİ

Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Qaradağ Rayon Məhkəməsində qərar qəbul olunub. Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İskındəri öz maşını ilə götürüb Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.
Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












