Məhkəmədə Şuşanın işğalı ilə bağlı videomateriallar nümayiş olundu

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı bir sıra videomateriallar nümayiş olunub.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin videomateriallara Ermənistanın işğal dövründə hazırladığı reportajlar da daxildir.
Nümayiş etdirilən dəlillərdən biri Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə qeydlərinin əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib.
Vurğulanıb ki, Şuşanın işğalı barədə hazırlanmış plan Vazgen Sarkisyana (Ermənistanın birinci müdafiə naziri – red.) təqdim edilib. Əlavə olunub ki, V.Sarkisyan plana razılıq verib.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib ki, bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verməsini sübut edir.
Məhkəmədə nümayiş etdirilən digər videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin adları, - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyan, – çəkilib. Ermənilərin hazırladığı videomaterialda qeyd edilib ki, hücumun məqsədi işğalla yanaşı, Şuşanın “yeriyən həşəratlardan təmizlənməsi” olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












