Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA

Bu ildən 10–11-ci siniflər üçün yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb. Yeni modelin şagirdlərin hazırlıq prosesinə və repetitorluğa olan tələbatına necə təsir edəcəyi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, yeni təhsil modelinin məktəblilər üçün, xüsusilə də abituriyentlərə göstərəcəyi təsir cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Azər Teymurlu Avtosfer.az-a açıqlamasında bildirib ki, yeni təmayül tədris modelinin məqsədi şagirdlərin maraq - qabiliyyətlərinə uyğun gücləndirilmiş tədrisi məktəb daxilində təmin etmək və ali məktəbə hazırlıq imkanlarını artırmaqdır:
''Yeni tədris modelinin tətbiqi şagirdlərin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməyə, eləcə də ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmağa xidmət edir. 2024–2025-ci tədris ilində 5 məktəbdə başlayan adıçəkilən layihə ötən tədris ilində 14 məktəbdə tətbiq edilib. Bu il layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub. İlkin nəticə modelin daha geniş miqyasda tətbiqi üçün əsas yaradır. Yeni tədris ilində isə layihənin 90 məktəbdə tətbiqi nəzərdə tutulub. Bu siniflərdə təhsil almaq üçün qısa müddətdə 16 mindən çox müraciətin daxil olması modelə yüksək marağın olduğunu göstərir''.
Təhsil eksperti Elçin Əfəndinin fikrincə,yeni tədris modeli repetitorluq fəaliyyətinə müəyyən qədər təsir göstərəcək.
“Amma bunun repetitorluğu tamamilə sıradan çıxaracağını düşünmürəm. Ümumilikdə, yeni model şagirdlərin təhsil göstəricilərinin inkişafına və daha keyfiyyətli hazırlıq keçməsinə töhfə verə bilər.
Bu model tətbiq olunduqca, əvvəlki dövrlə müqayisədə daha böyük nailiyyətlər əldə edə bilərik. Əldə olunan nəticələr imkan verərsə, modelin bütün respublika üzrə təhsil müəssisələrində tətbiqinin genişləndirilməsi də mümkün olacaq. Hazırda məhdud sayda təhsil müəssisəsini əhatə edirsə, bir neçə ildən sonra bütün məktəblərdə tətbiq edilə bilər.
Ayda 100 manat ödəməklə əlavə dərslərin verilməsi məsələsinə gəlincə, düşünürəm ki, bu, ödənişli əlavə dərslər əvvəlki hazırlıq sisteminə müəyyən qədər təsir göstərə bilər. Lakin ümumilikdə ibtidai təhsil səviyyəsində uşaqların bu formada əlavə hazırlığa və ya repetitor yanına getməsinə ciddi ehtiyac olduğunu düşünmürəm”.
Fatimə
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI












