Azərbaycan 5 Afrika ölkəsinə sürtkü yağları tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 46,73 milyon ABŞ dolları dəyərində 27 min 467 ton sürtkü yağları ixrac edib.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Bolqarıstana 6,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,3 dəfə çox) 4 min 526 ton (+59 %), Ukraynaya 3,7 milyon ABŞ dolları dəyərində (-14 %) 2 min 284 ton (-36 %), İraqa 3,31 milyon ABŞ dolları dəyərində (-27 %) 1 min 711 ton (-42 %), Niderlanda 3,3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 min 912 ton (+91 %), İspaniyaya 2,64 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 488 ton (+2,6 dəfə) məhsul satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyaya (0,24 min ABŞ dolları dəyərində 0,12 ton), Kot-Divuara (35,4 min ABŞ dolları dəyərində 17,6 ton), Maliyə (44,5 min ABŞ dolları dəyərində 21 ton), Mərkəzi Afrikaya (29,7 min ABŞ dolları dəyərində 19,7 ton), Toqoya (150,4 min ABŞ dolları dəyərində 53 ton) tədarük həyata keçirilib.
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO












