Məlcək-Mirikənd-Qaravəlli yolunun yenidən qurulması davam edir - FOTOLAR

Şamaxı rayonunda 3 yaşayış məntəqəsini birləşdirən Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun yenidən qurulması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a bildirilib ki, əsasən qara və çınqıl örtüklü olan avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq, təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.
IV texniki dərəcəyə uyğun təkmilləşdirilən avtomobil yolunun ümumi uzunluğu 4 kilometr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Layihə çərçivəsində yolboyu torpaq işləri, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunub. Texnoloji ardıcıllığa uyğun şəkildə yol əsasının tikintisi yerinə yetirilib. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.



Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












