Meriyanın təmizlik və abadlıqla bağlı layihəsi davam edir - FOTO

Xəbər verildiyi kimi artıq 4-cü ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə başlanılan paytaxtımızda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi üzrə layihə uğurla davam edir.
Avtosfer.az xəbər verir ki, Əvvəl Nərimanov, sonradan Nizami, Nəsimi və Yasamal rayonlarında uğurla həyata keçirilən bu layihəyə sentyabrın 20-dən Səbail rayonu da qoşulacaq.
Layihənin tələblərinə uyğun olaraq ilk növbədə Səbail rayonu ərazisində 277 ədəd konteyner meydançası yaradılaraq bura yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub.
Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Artıq 1 aydan çoxdur ki, yeni layihə barədə rayon sakinlərinin məlumatlandırılması məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər həyət və məhəllələrdə sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar.
Məlumat üçün bildiririk ki, ətraf mühitin qorunmasında vacib olan bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə dövlət büdcəsindən ayırılmış vəsait hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələrinin və mexanizmlərin alınması həyata keçirilib və bu prosses davam edir.
Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.






Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO











