Məşhur müğənni "Togg" üçün maşınlarını satdı

Türkiyənin yerli elektrik avtomobil markası Togg tərəfindən istehsal edilən ilk iki avtomobil prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana təhvil verilib.
"Unikal" xəbər verirr ki, məşhur müğənni Sinan Akçıl Toggun gündəmdə olduğu müddətdə iki avtomobilini satdığını və növbə gözlədiyini açıqlayıb.
Yerli mətbuata açıqlama verən məşhur müğənni Sinan Akçıl ilk 20 min şanslı arasında ola bilməyəcəyini bildirib.Akçıl növbə gözlədiyini, əvvəllər konsertlərə getdiyi mikroavtobusu satıb yalnız Toggdan istifadə etmək istədiyini bildirib
"Çox istəyirəm, Togg. Müraciət etdik amma alınmadı, növbəti sıradayıq. Hər iki maşınımı satdım, ümid edirəm ki, tezliklə Togg alıb tək maşın sürəcəm. Yalnız bir mikroavtobusumuz var ki, konsertlərə gedirik. Togg gələndə o da gedəcək. 3 nəqliyyat vasitəsindən imtina etdim və yerli və milli Toggdan istifadə etməyə üstünlük verdim" -deyə Akçıl bildirib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












