Metro sıxlıq, gecikən avtobuslar və baha taksilər - Vətəndaşlar hansını seçəcək?

Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün taksi xidmətləri ilə bağlı önəmli açıqlamalar verib. Nazir qeyd edib ki, ölkədə taksi qiymətləri artacaq. Bəs taksi qiymətlərinin artması ictimai nəqliyyata necə təsir göstərəcək?
Məsələ ilə bağlı Metbuat.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, hazırda ictimai nəqliyyatın vəziyyəti ürəkaçan deyil. Əgər ictimai nəqliyyat inkişaf etsə, taksi sifarişlərinin, şəxsi avtomobillərin sayı azalacaq:
"Həmişə sual olunur ki, tıxacın qarşısını necə almaq olar? Biz də dəfələrlə demişik ki, yeganə həll yolu ictimai nəqliyyatın inkişafıdır. Bu gün ictimai nəqliyyat buna hazırdırmı? Buna cavab vermək çətindir. Hazırda metroda sıxlıqdır, avtobusların sayı kifayət qədər deyil, stansiyaların azlığı, intervalların pozulması da əsas problemlərdən biridir. Bu barədə düşünmək lazımdır. Dövlət daşıyıcı şirkətlərə dəstək olsa, müəyyən həll variantlarına baxmaq olar. Taksilərə tələbatın artmasının kökündə ictimai nəqliyyatın bərbad vəziyyətə düşməsi dayanır. Metro xətlərini genişləndirmək lazımdır".

Ekspertin sözlərinə görə, piyada yollarında da problemlər və təhlükələr var:
"Piyadaların yollarda təhülkəsizliyi təmin edilməlidir. Piyadalar səkidə rahat hərəkət edə bilmir, səkilər zəbt olunub, satılıb. İnsanlar da məcbur 1-2 km yola görə, taksidən istifadə edirlər. Taksinin qiymətinin ucuz olması da burada problem yaradır. İctimai nəqliyyat qaydasında olsa, seçim fərqli olacaq".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












