Metrobus Bakı-Sumqayıt arası tıxacların həlli yoludur? - Sərnişindaşımada YENİLİK

Son günlər Bakı-Sumqayıt arası sərnişindaşınmada Metrobus təşkili barədə məlumat yayılıb.
Metrobus təşkil olunarsa Bakı -Sumqayıt yolunda tıxaclar azala bilər?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Metrobusu yeni daha çox sərnişindaşıyan, ayrılmış zolaqla təmin edilən növün olması müsbət atdım kimi qiymətləndirmək olar.
“Amma bu tələbatı tam ödəməyəcək. Bundan başqa Abşeron dairəvi dəmiryolunda qatar sayı artırılmalı həmçinin dairəvi hərəkəti təmin edilməlidir. Həmçinin Abşeron yarmadası Şimal-Cənub və Cənub-Şimal dəhlizinin yük trafikin şəhərə girmədən hərəkətini təmin etməkdən ötrü M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi maqistralın M-2 Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi maqistralın əlaqələndirən R-6 H.Z.Tağıyev-Sahil (40km)yolun 4 zolaqlıya uyğun genişləndirilməsin, Güzdək–Qaradağ dəmir yolu xəttinin tikintisin (35,77 km) bərpa etməyə ehtiyac var.”
Ekspert qeyd edib ki, bir Metrobusun qiyməti 557573 € (İstanbul bələdiyyəsinin son sifarişi), 5 seksiyalı Stadler qatarı 11,5 mln € (2019-cu ildə sifarişə əsasən, konfiqurasiya və zamana görə qiymət dəyişə bilər).
“Ən bahalı növ metrodur tikintisi təqribi 1 km 200 mln manata başa gəlir qeyd edilən istiqamətə konseptual planda nəzərdə tutulmayıb. Daha real Xocasən metro stansiyasın və Xırdalan dəmiryol stansiyaların qovşaq stansiyalar kimi təkmiləşdirmək, əlçatan etməklə əlaqələndirmək daha ucuz, tez başa gələn real layihədir”, - deyə o, qeyd edib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












