Metroda yanğınsöndürən balonlar nə üçün zəncirlənir? - FOTO

Metrodan gündəlik istifadə edən vətəndaş olaraq hər zaman yeraltı nəqliyyatın fəaliyyətində rolu olanlardan razılıq etmişəm. Müəyyən qüsur və problemləri olsa da, Bakı metropoliteninin sərnişindaşımada liderliyi danılmazdır. Tam əminliklə deyə bilərik ki, metro işləməsə şəhərdə xaos yaranar. Bunu çox da uzaq olmayan keçmişdə, pandemiya vaxtı gördük. İqtisadi fəallığın minimuma endiyi dövrdə belə metronun yoxluğu aşkar hiss olunurdu.
Metroda şəkil çəkməyin də qadağan olduğunu bilirəm və sovet dövründən qalmış bu qaydaya əməl edirəm. Lakin son həftələrdə müşahidə etdiyim faktlar nəhayət ki məni qayda pozmağa vadar etdi.
Belə ki, metronun bir çox stansiyasında odsöndürmə balonları zəncirlənib və üstündən ağır bir qıfıl asılıb. Bu hala ən azından Memar Əcəmi-2 və Cəfər Cabbarlı stansiyalarında rast gəlinir. Görəsən fövqəladə hal baş verərsə zəncirlənmiş odsöndürən balon nə işə yarayacaq? Açar gəlib çıxanadək iş-işdən keçməyəcəkmi?
Digər məqam Memar Əcəmi-2 stansiyasında yanğın hidrantlarındakı vəziyyətdir. Bir həftədən çoxdur yanğın dəstəklərinin şlanqları çıxarılıb. Yanğın lövhəsindəki dəstəklər boş qalıb.
Əgər vəziyyət bir-iki gün davam etsəydi bəlkə də dayışmaq yersiz olardı. Amma oxşar hal 1 həftədir davam edir. Səbəbini bilmək maraqlı olar.
QEYD: Foto Memar Əcəmi-2 stansiyasında 23.05.2023-cü ildə çəkilib.
Vüqar Yaşaroğlu
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!













