Metropolitendə qatarlar təsdiq olunmuş qrafikə əsasən hərəkət edir - QURUM RƏSMİSİ AÇIQLADI

“Metropolitendə qatarlar təsdiq olunmuş qrafikə əsasən müəyyən edilmiş cədvəl üzrə hərəkət edir. Qrafik hər dövrün ümumi xüsusiyyətləri nəzərə alınaraq tərtib olunur. Lakin sərnişin axını, istiqamətləri, stansiya və xətlərin yüklənməsi və ümumən təsir edən məsələlər, vaxt və digər hər məqamlar gün ərzində aparılan monitorinqlər, müşahidələr və statistik məlumatlarla diqqətdə saxlanır. Sentyabrın 14-dən payız-qrafiki qüvvədədir. Gur saatlarda Yaşıl və Qırmızı xətlərin birləşməsi səbəbilə 2 dəqiqəlik intervallar yalnız "28 May-Həzi Aslanov" sahəsində tətbiq olunur. Qalan sahələrdə intervallar 2 dəfə çox olur. İntervalların artması dedikdə, bəzən məhz bu nəzərdə tutulur”. Bu sözləri sia-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu məsələnin həlli yalnız xətlərin ayrılması ilə həllini tapa bilər. Çünki bu gün metroda texniki cəhətdən mümkün ən sıx intervallar tətbiq olunur. Xətlərə texniki cəhətdən mümkün qaydada ehtiyat qatarlar da verilir. İntervalların artmasının müşahidə olunan digər əsas səbəbi sıxlıq zamanı vaqonların qapılarının tutulub saxlanmasıdır. Qatar nasazlıqları da buna səbəb ola bilir. Nasazlıqla bağlı məlumatlar daim ən operativ şəkildə ictimailəşdirilir. Əgər statistikaya nəzər salsanız, qatarların nasazlıq səbəbilə xətdən çıxarılması çox nadir hallarda baş verir. Məsələn, yeni il başlayandan belə hal, ümumiyyətlə olmayıb. Son illərdə vaqonların cari, orta və əsaslı təmirinin sahmana salınması, xüsusən modernləşdirmə aparılması və məhz yeni texnologiyalara diqqət edilməsi nasazlıqların azalmasına gətirib çıxarır. Bir nümunə çəkim, ən çox nasazlıq qapılarla bağlı olur ki, bu da məhz qapıların fiziki güc tətbiqi ilə tutulub saxlanmasının nəticəsidir. Lakin bu nasazlıqlar da çox azalıb. Səbəb vaqonların təmiri zamanı İtaliya istehsalı olan texnologiyaların tətbiqi ilə qapıların bu təsirlərə dayanıqlığının, onun bu təsirə ən çox məruz qalan pnevmatik hissələrinin davamlığının, etibarlığının və dözümlüyünün artırılmasıdır”.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










